...

Azərbaycan dekolonizasiya məsələlərində fəal iştirak edir - Tofiq Musayev (FOTO)

Siyasət Materials 4 Oktyabr 2025 02:35 (UTC +04:00)
Azərbaycan dekolonizasiya məsələlərində fəal iştirak edir - Tofiq Musayev (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dekolonizasiya məsələləri üzrə beynəlxalq müzakirələrdə fəal iştirak edir və töhfə verir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının Xüsusi Siyasi və Dekolonizasiya Komitəsində çıxışı zamanı bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkəçiliyin kökünün kəsilməsi məsələsini prioritet hesab edib və müstəmləkəsizləşmənin aktuallığını dəstəkləyən Hərəkatın kollektiv səsinin gücləndirilməsinə xüsusi diqqət yetirib.

“Azərbaycan BMT Nizamnaməsində və Baş Assambleyanın müstəmləkəsizliyə dair müvafiq qətnamələrində təsbit olunmuş prinsiplərin tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır. 2024-cü ildə və bu ilin əvvəlində Azərbaycan Karakas və Dilidə müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamənin həyata keçirilməsi ilə bağlı Vəziyyət üzrə Xüsusi Komitənin təşkil etdiyi regional seminarlarda iştirak edib”, – deyə T.Musayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti