...

Almaniyada klinikada yanğın baş verib

Dünya xəbərləri Materials 4 Oktyabr 2025 03:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Zaarbrüken şəhərində yerləşən klinikada yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə “Spiegel” qəzeti məlumat yayıb.

Yanğın nəticəsində azı 20 nəfər xəsarət alıb, ümumilikdə isə binadan təxminən 100 nəfər təxliyə edilib.

Bildirilir ki, yanğın binanın birinci mərtəbəsindəki palatalardan birində başlayıb. Hadisə yerinə 100-ə yaxın yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşı cəlb olunub. Yanğın söndürülüb və araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti