Bakı. Trend:
İngiltərə Premyer Liqasının 7-ci turunda “Bornmut” doğma meydanda “Fulhem”i 3:1 hesabı ilə üstələyib.
Trend-in məlumatına görə, qonaqlar 70-ci dəqiqədə Rayan Sessenyonun qolu ilə önə keçib. Lakin meydan sahibləri tez bir zamanda üstünlüyü ələ keçirib: Antuan Semenyo (79) hesabı bərabərləşdirib, Castin Kluivert (84) “Bornmut”u önə çıxarıb və Semenyo (90+6) dubl edərək qələbəni rəsmiləşdirib.
Bu nəticədən sonra Andoni İraolanın yetirmələri 14 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. 15 xalı olan “Liverpul” isə zirvədədir. Marko Silvanın “Fulhem” komandası 8 xalla 11-ci yerdə qərarlaşıb.
Növbəti turda oktyabrın 18-də “Bornmut” səfərdə “Kristal Pelas”la qarşılaşacaq, “Fulhem” isə “Arsenal”ı qəbul edəcək.
“Bornmut” - “Fulhem” 3:1