...

Münhen hava limanı pilotsuz uçuş aparatları səbəbindən bağlanıb

Dünya xəbərləri Materials 4 Oktyabr 2025 01:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Münhen hava limanı bir neçə pilotsuz uçuş aparatının (PUA) peyda olması səbəbindən fəaliyyətini yenidən dayandırıb.

Trend-in məlumatına görə, bu barədə “Reuters” hava limanının təhlükəsizliyinə istinadən xəbər yayıb.

Agentliyin verdiyi məlumata görə, “Münhen hava limanında hər iki uçuş-enmə zolağı bağlıdır”.

Qeyd olunur ki, aşkarlanan PUA-ların hava limanının bağlanmasına səbəb olub-olmadığı hələlik məlum deyil. Oktyabrın 2-də axşam saatlarında Münhen Beynəlxalq Hava Limanından uçuşlar bir neçə naməlum pilotsuz təyyarənin aşkarlanması ilə dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti