...

Fransalı sabiq qapıçı Batist Valet məhkəmə qarşısına çıxacaq

İdman Materials 4 Oktyabr 2025 07:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın “Nansi”, “Nim” və “Soşo” klublarının sabiq qapıçısı Batist Valet dekabrın əvvəlində məhkəmə qarşısına çıxacaq.

Trend-in məlumatına görə, futbolçu 2019-cu ilin dekabrında gecə klubundan çıxdıqdan sonra 18 yaşlı qadına təcavüz etməkdə ittiham olunur. Zərərçəkmiş polisə verdiyi ifadəsində spirtli içkinin təsiri altında olmasına baxmayaraq, dəfələrlə etiraz etdiyini bildirib.

Batist Valet cinsi əlaqəni təsdiqləsə də, bunun qarşılıqlı razılıq əsasında olduğunu iddia edir.

İttihamlar sübuta yetirilərsə, futbolçunu 20 ilə qədər həbs cəzası gözləyir.

Hazırda “Qrass” klubunun heyətində çıxış edən qapıçının rəhbərliyi oyunçunu hələlik komandadan kənarlaşdırmayacağını açıqlayıb.

Xəbər lenti

Xəbər lenti