...

Qeyri-maliyyə sektoru üzrə risklər idarə olunan səviyyədədir - Mərkəzi Bank

İqtisadiyyat Materials 4 Oktyabr 2025 10:01 (UTC +04:00)
Qeyri-maliyyə sektoru üzrə risklər idarə olunan səviyyədədir - Mərkəzi Bank
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-maliyyə sektoru üzrə risklər idarə olunan səviyyədədir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Qeyd edilib ki, 2024-cü ilin sonuna olan məlumata əsasən, bank sektorunun biznes portfelinin ümumi həcmi 14.8 mlrd manat təşkil edib. Vurğulanıb ki, biznes portfelinin 56%-i təşkil edən müştərilər üzrə təhlillər aparılıb, nəticədə qeyri-maliyyə sektoru üzrə risklərin idarə olunan səviyyədə olduğu qənaətinə gəlinib.

Bildirilib ki, mənfəətlilik aparılmış hesablamalara əsasən, təhlildə əhatə olunan şirkətlərin 91%-i mənfəətlə faəliyyət göstərməkdədir.

"Sektorun mənfəətliliyi əməliyyat mənfəəti marjası və xalis mənfəət marjası göstəriciləri vasitəsilə qiymətləndirilib. Sektorlar arasında informasiya və rabitə sektoru üzrə mənfəətlilik digər sektorlara nisbətən yüksək olub", - məlumatda qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, qeyri-maliyyə sektounun likviliyi mütləq və cari likvidlik əmsalları əsasında qiymətləndirilib. Təhlil nəticələrinə əsasən real sektorda mütləq likvidlik əmsalı aşağı olsa da, cari likvidlik əmsalı 1-dən yüksək olub (yalnız informasiya və rabitə sektorunda bu göstərici 1-dən aşağı olub).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti