Bakı. Trend:
Türkiyənin qərbində yerləşən Kütahya bölgəsində zəlzələ baş verib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin məlumatına görə, seysmik hadisə yerli vaxtla 06:49-da baş verib.
Zəlzələnin maqnitudası 4,1 bal olub, episentri Kütahyanın Simav rayonu, yeraltı ocağı isə 10,4 kilometr dərinlikdə qeydə alınıb.