...

Bu gün Azərbaycanın 6 qadın boksçusu III MDB Oyunlarının finalında qızıl medal uğrunda döyüşəcək

İdman Materials 4 Oktyabr 2025 09:05 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün III MDB Oyunlarının boks yarışlarında qadınlar arasında final döyüşləri keçiriləcək.

Trend xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək döyüşlərdə Azərbaycan millisinin 6 təmsilçisi qızıl medal uğrunda rinqə çıxacaq.

Final görüşlərində ölkəmizi Aysel Fərəcova (46 kiloqram), Gülər Hüseynova (48 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (54 kiloqram), Aynur İsmayılova (60 kiloqram) və Fidan Bakarova (63 kiloqram) təmsil edəcəklər.

Qeyd edək ki, daha əvvəl Aylin Nəzərova (46 kiloqram), Zəhra Məmmədova (52 kiloqram), Mirrüqəyya Azərpur (57 kiloqram) və Səma Abbasova isə (66 kiloqram) yarımfinalda məğlub olduqları üçün bürünc medalla kifayətləniblər.

Xəbər lenti

Xəbər lenti