...

Oqtay Şirəliyev ağciyər xəstəliklərinə, xüsusilə vərəmlə mübarizəyə çox diqqət edirdi - Nadir Zeynalov

Cəmiyyət Materials 4 Oktyabr 2025 10:18 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Oqtay Şirəliyev 16 il Səhiyyə sisteminin başında olub. Bu müddət ərzində xeyli işlər görüb. O, həmçinin ağciyər xəstəliklərinə, xüsusilə vərəmlə mübarizəyə çox diqqət edirdi. Uzun müddət Ölkə Əlaqələndirmə Komissiyasının da sədri olub.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə nazirinin müavini Nadir Zeynalov Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən təşkil edilən “Dünya ağciyər sağlamlığı günü”nə həsr edilmiş Beynəlxalq elmi-praktiki konfransda deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ağciyərlər insan orqanizmində həyati vacib orqandır.

“Təmiz ağciyərlərlə yaşamaq daha uzun, sağlam ömür sürməyə imkan verir. İnsanları maarifləndirməliyik ki, ekoloji amillər, təmiz hava ilə nəfəs almaq ağciyərlərin sağlamlığına təsir edir. Tütün ağciyər xərçənginin bir nömrəli səbəbidir”.

N.Zeynalov İnhalasyon dərmanların hazırki qiymətlərini baha olduğunu vurğulayıb. İnhalasyon dərmanları bir çox ağciyər xəstəliklərində istifadə olunur, lakin hazırda bir çoxu bahadır.

“Bizim ölkəmizdə ağciyər sağlamlığı ilə bağlı işlər dövlət qurumları- səhiyyə ilə əlaqəsi olan-olmayan, vətəndaş instituları, hökümət və qeyri-hökümət təşkilatları tərəfindən aparılır”,- N.Zeynalov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti