Bakı. Trend:
Portuqaliyanın “Benfika” futbol klubunun bir neçə futbolçusu və məşqçi heyətinin üzvləri, o cümlədən komandaya Joze Mourinyo “Portu”ya qarşı vacib matç ərəfəsində virus infeksiyasına yoluxub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, vəziyyət yaxşılığa doğru düzəlməsə oktyabrın 5-ə təyin olunmuş matç təxirə salına bilər.
Portuqaliya çempionatının reqlamentinə görə, komandada meydana çıxmağa 13 nəfərdən az oyunçu olduğu təqdirdə matç ertələnə bilər. Futbolçuların meydana çıxmaq üçün sağlamlıq vəziyyətini müvafiq səhiyyə orqanları təsdiqləməlidir. Hələlik “Benfika” rəhbərliyi oyunun ertələnməsi ilə bağlı müraciət etməyib.
Xatırladaq ki, Mourinyo sentyabrın 18-dən etibarən “Benfika” klubuna başçılıq edir.