...

ABŞ-də Los-Anceles meriyası təxliyə olunub

Dünya xəbərləri Materials 4 Oktyabr 2025 11:20 (UTC +04:00)
ABŞ-də Los-Anceles meriyası təxliyə olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarında Los-Anceles şəhərinin meriya binası təxliyə edilib.

Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

Məlumata görə, kütləvi təxliyəyə səbəb binanın girişində avtomobil qəzasından sonra yaranan gərginlik olub. Sürücü hüquq-mühafizə orqanı əməkdaşlarının təkidlərinə baxmayaraq, iki saata yaxın avtomobili tərk etməkdən imtina edib. Polis binadan insanları təxliyə edib. Ətrafdakı küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Daha sonra sürücü avtomobili tərk edib və dərhal həbs olunub. Sürücünün polis şöbəsinə aparılmasından sonra minaaxtaranlar potensial partlayıcı qurğuların olmasına qarşı maşına baxış keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti