Bakı. Trend:
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +15 dərəcədən +17 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək, dağlarda gecə +4 dərəcədən +8 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədəki olacaq.