...

Vərəm xəstəlikləri üzrə Milli strateji plan hazırlanır - İradə Axundova

Cəmiyyət Materials 4 Oktyabr 2025 10:35 (UTC +04:00)
Vərəm xəstəlikləri üzrə Milli strateji plan hazırlanır - İradə Axundova
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Səhiyyə naziri Teymur Musayevin rəhbərliyi ilə işçi qrupu yaradılıb. Biz hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu olaraq vərəm xəstəlikləri üzrə Milli strateji plan üzərində işləməklə məşğuluq.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən təşkil edilən “Dünya ağciyər sağlamlığı günü”nə həsr edilmiş Beynəlxalq elmi-praktiki konfransda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

O qeyd edib ki, vərəm xəstəlikləri üzrə milli startegiya ilə bağlı işlər 2026-2030-cu illəri əhatə edəcək.

“Milli Məclisin Səhiyyə Komitəsi vərəm xəstəlikləri ilə bağlı dinləmələr planlaşdırır. Bu istiqamətdə çətinliklərimizi problemlərimi yeksək səviyyədə həllini tapa bilək. Milli strateji plan hazırlanarkən Ümum Dünya Səhiyyə Təşkilatının son tövsiyyələri, beynəlxalq təcrübəsi qeydə alınıb”,- direktor əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti