...

Azərbaycanda "American Express" kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat Materials 4 Oktyabr 2025 10:28 (UTC +04:00)
Azərbaycanda "American Express" kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin avqust ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “American Express kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə ümumilikdə 5,8 min əməliyyat aparılıb və bu əməliyyatların ümumi həcmi 0,7 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American Express” kartlarından istifadə etməklə aparılan əməliyyatların sayı 943,1 min və ya 99,4% azalıb, əməliyyatların həcmi isə 24,1 milyon manat və ya 97,2% azalıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American Express” kartları ilə əməliyyatların sayı 0,1 min və ya 14,3% artıb, əməliyyatların həcmi isə 0,4 milyon manat və ya 36,4% artım göstərib.

Qeyd etmək lazımdır ki, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı ölkə ərazisində fəaliyyət göstərən yerli banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartlarından istifadə etməklə həyata keçirilmiş ümumi əməliyyatların həcminə və sayına daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti