...

İpoteka kreditlərinə tələb azalıb

İqtisadiyyat Materials 4 Oktyabr 2025 11:11 (UTC +04:00)
İpoteka kreditlərinə tələb azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İpoteka kreditləşməsi son illərdə ümumilikdə artım nümayiş etdirsə də, son dövrlərdə artım tempi azalmaqdadır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Qeyd edilib ki, 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi yüksəlib, lakin 2023-cü ildən etibarəb artım tempində azalma müşahidə olunub. Vurğulanıb ki, bu azalma həm tələb, həm də təklif amilləri ilə izah oluna bilər.

“Belə ki, ev qiymətlərinin yüksək artım tempi və yeni verilən ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı ipoteka kreditlərinə olan tələb artımının səngiməsinə səbəb olub. Eyni zamanda İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kreditlərinin limitli olması və bankların maliyyələşmə strukturu onların öz vəsaitləri hesabına ipoteka kreditləşməsi imkanlarını məhdudlaşdırır”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı şərtləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti