...

İranda Qızıl Ayparaya məxsus helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 4 Oktyabr 2025 06:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın qərbində, Lorestan əyalətində İran Qızıl Aypara Cəmiyyətinə məxsus helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, əyalətin Fövqəladə Hallar İdarəsinin rəhbəri hadisə nəticəsində ən azı iki nəfərin həlak olduğunu bildirib.

Yaralanan xilasedicilərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Bundan əvvəl “IRIB” agentliyi qəzanın Lorestan vilayətinin Oştoran Koh rayonunda baş verdiyini açıqlamışdı. Məlumata əsasən, helikopter 2800 metr yüksəklikdə axtarış əməliyyatı zamanı qəzaya uğrayıb.

Qeyd olunur ki, helikopter itkin düşən qadının axtarışına göndərilib və hadisə zamanı təyyarədə səkkiz nəfər olub.

Xəbər lenti

Xəbər lenti