...

Almaniya PUA-lara qarşı müdafiə əməkdaşlığını gücləndirəcək

Dünya xəbərləri Materials 4 Oktyabr 2025 08:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hakimiyyəti Ukrayna və İsraillə pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə sistemlərinin hazırlanması sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Trend-in "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt açıqlama verib.

Nazirin sözlərinə görə, qərarın bir hissəsi kimi Almaniya yalnız PUA-lardan müdafiəyə cavabdeh olan xüsusi bölmənin yaradılmasını nəzərdə tutur.

Bundan başqa, Berlin tədqiqatlara əlavə vəsait ayıracaq və hücumların daha sürətli dəf olunmasına imkan verən yeni texnologiyaların inkişafını dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti