...

Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşları 12%-dən çox artıb

İqtisadiyyat Materials 4 Oktyabr 2025 09:35 (UTC +04:00)
Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşları 12%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 1,923 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 20,5 milyon manat və ya 1,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 211,9 milyon manat və ya 12,4% çoxdur.

Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,995 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 208,2 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,9 milyard manat və ya 10,2% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti