...

Azərbaycanda "MasterCard" kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat Materials 4 Oktyabr 2025 09:49 (UTC +04:00)
Azərbaycanda "MasterCard" kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin avqust ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə ümumilikdə 74,5 milyon əməliyyat aparılıb və bu əməliyyatların ümumi həcmi 4,8 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Əvvəlki ayla müqayisədə əməliyyatların sayı 15 milyon (25,2 faiz) artıb, əməliyyatların həcmi isə 398 milyon manat (9 faiz) çoxalıb.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları ilə aparılan əməliyyatların sayı 441 min, ümumi həcmi isə 46 milyon manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 73,1 min əməliyyat (0,8 faiz) az, həcmi isə 8,2 milyon manat (15 faiz) aşağıdır.

Qeyd edək ki, rezident kartlarla əməliyyat dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlarla əməliyyat isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla aparılan tranzaksiyaları əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti