Bakı. Trend:
Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15,461 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, əmanətlərin həcmi cari ilin avqustun 1-nə nisbətən 4,5 milyon manat və ya 0,03%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,3 milyard manat və ya 9% artıb.
Bu ilin sentyabrın 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 10,495 milyard manat, xarici valyuta ilə isə 4,965 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi bu ilin avqustun 1-i ilə müqayisədə 23,4 milyon manat və ya 0,2%, illik müqayisədə isə 1,1 milyard manat və ya 12% artıb.
Xarici valyuta ilə isə bu göstərici cari avqustun 1-nə olan rəqəmlərə nisbətən 18,8 milyon manat və ya 0,4% azalıb, illik nisbətdə isə 151,2 milyon manat və ya 3,1% artıb.