...

Paytaxtda oğurluq edənlər saxlanılıblar

Hadisə Materials 4 Oktyabr 2025 12:43 (UTC +04:00)
Paytaxtda oğurluq edənlər saxlanılıblar
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonunda iki nəfər polisə müraciət edərək 808 manatlarının, eyni zamanda 2 ədəd mobil telefonlarının talanmasını bildiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı V.Rəsulov və əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 37 yaşlı F.Səfərov müəyyən edilərək saxlanılıblar.

Xətai rayonunda isə mağazaların birindən 250 manat və 500 manatlıq tütün məmulatını oğurlamaqda şübhəli bilinən əvvəllər eyni əmələ görə məhkum olunmuş 30 yaşlı V.Mirzəbabayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti