...

İsmayıllıda yol qəzasında iki nəfər ölüb, dörd nəfər xəsarət alıb (YENİLƏNİB)

Hadisə Materials 4 Oktyabr 2025 20:55 (UTC +04:00)
İsmayıllıda yol qəzasında iki nəfər ölüb, dörd nəfər xəsarət alıb (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 4-ü saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü – Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

XXX

20:48

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "BMW" və “MERCEDES” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və "BMW" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Quliyev Rüfət Teymur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə nəticəsində ümumilikdə 1-i qadın olmaqla 4 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti