...

Azərbaycanın qılıncoynatma komandası bürünc medal qazanıb

İdman Materials 4 Oktyabr 2025 13:45 (UTC +04:00)
Azərbaycanın qılıncoynatma komandası bürünc medal qazanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.

Trend xəbər verir ki, Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası yarımfinalda Özbəkistana 37:45 hesablı ilə uduzub.

Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti