...

Yaponiyada hakim Liberal Demokrat Partiyasına qadın rəhbərlik edəcək

Dünya xəbərləri Materials 4 Oktyabr 2025 16:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın keçmiş iqtisadi təhlükəsizlik naziri xanım Takaiçi Sanae hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Takaiçi Sanae partiya rəhbəri yarışında 4 rəqibinə qalib gələrək, partiya tarixində ilk dəfə qadın lider olub. İkinci mərhələdə də Takaiçi Sanae üstün olub.

Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşiba sentyabrın əvvəlində hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti