...

Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir

Gündəm Materials 4 Oktyabr 2025 15:47 (UTC +04:00)
Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışı zamanı təhlükəsizliyin təmini məqsədi ilə DİN əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, şəhərin əsas küçə və prospektlərində, idman obyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz xidmət təşkil olunub.

Polis əməkdaşları tərəfindən oyunlara qatılan yerli və xarici idmançılarla yanaşı, qonaqların rahatlığını təmin etmək məqsədilə nəqliyyatın hərəkəti tənzimlənib, insanların sərbəst və təhlükəsiz gediş-gəlişinə şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti