...

Çində "Matmo" qasırğası səbəbindən 144 min insan təxliyə ediləcək

Dünya xəbərləri Materials 5 Oktyabr 2025 09:17 (UTC +04:00)

Bakı. Trend:

Çinin cənubundakı Haynan vilayətinin hakimiyyət orqanları "Matmo" qasırğası səbəbindən 144 minə yaxın insanın təxliyəsi barədə göstəriş verib.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.

Məlumata əsasən, onlardan 114 mini artıq təhlükəsiz yerə köçürülüb.

Bundan əvvəl yerli meteorologiya departamenti tropik siklonun Haynan şəhərindən 60 km şimal-şərqdən keçdiyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti