Bakı. Trend:
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Əsas Futbol Liqası" (MLS) müntəzəm mövsümündə "Nyu-İnqlend Revolyuşn"a qarşı ev oyununda üç məhsuldar ötürmə edib.
Trend-in məlumatına görə, qarşılaşma 4:1 hesabı ilə başa çatıb. Komandanın ilk üç qolunda Messinin rolu olub.
L.Messi 24 qol və 18 məhsuldar ötürmə ilə müntəzəm mövsümün bombardiri və asist siyahısına başçılıq edir.
İnter Mayami 32 matçda 59 xalla Şərq Konfransının turnir cədvəlində 3-cü yerdədir.