...

PSJ fransalı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır

İdman Materials 5 Oktyabr 2025 06:00 (UTC +04:00)

Bakı. Trend:

"Bavariya"nın futbolçusu Maykl Olise karyerasını ölkəsində davam etdirə bilər.

Trend xəbər verir ki, PSJ fransalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Liqa 1 nəhəngi Oliseni gələn ilin yayında transfer etməyi planlaşdırır. PSJ 23 yaşlı ön xətt oyunçusu üçün 100 milyon avro ödəməyə hazırdır.

"Çelsi", "Liverpul" və "Mançester Siti" də futbolçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti