...

"Bavariya"nın müdafiəçisi "Barselona"ya keçə bilər

İdman Materials 5 Oktyabr 2025 04:00 (UTC +04:00)
"Bavariya"nın müdafiəçisi "Barselona"ya keçə bilər

Bakı. Trend:

"Bavariya" ilə müqaviləsi gələn ilin yayında başa çatan Dayo Upamekano karyerasının İspaniya La Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Barselona" fransalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

La Liqa nəhəngi yayda azad agent statusunda olacaq Upamekanoya təklif göndərməyi planlaşdırır. Klubunun yeni sözləşmə təklifini qəbul etməyən 26 yaşlı mərkəz müdafiəçisinin durumunu "Liverpul" da yaxından izləyir.

Qeyd edək ki, "Bavariya" Dayo Upamekanonu 2021-ci ilin iyul ayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti