...

Bakıda dördmərtəbəli binadakı yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 5 Oktyabr 2025 10:55 (UTC +04:00)
Bakıda dördmərtəbəli binadakı yanğın söndürülüb (YENİLƏNİB)

Bakı. Trend:

Xəbər verildiyi kimi, paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

xxx

10:24

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti