...

Azərbaycanın badminton millisi III MDB Oyunlarını 7 medalla başa vurub

İdman Materials 5 Oktyabr 2025 11:53 (UTC +04:00)
Azərbaycanın badminton millisi III MDB Oyunlarını 7 medalla başa vurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarında gümüş medal qazanıb.

Trend-in məlumatına görə, o, qızların fərdi yarışında rusiyalı Marina Tarasova ilə üz-üzə gəlib.

Rəqibinə 0:2 hesabı ilə məğlub olan idmançımız ikinci yeri tutub.

Daha öncə badmintonçularımız 6 bürünc mükafat əldə ediblər. Bununla da Azərbaycan millisi turniri ümumilikdə 7 medalla başa vurub.

Qeyd edək ki, III MDB Oyunlarında badminton yarışlarına bu gün yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti