Bakı. Trend:
ABŞ-nin Alabama ştatının Montqomeri şəhərinin mərkəzində baş verən atışma nəticəsində 12 nəfər yaralanıb, 2 nəfər həlak olub.
Trend xəbər verir ki, CBS yerli polisə istinadən məlumat yayıb. Məlumata görə, bir qrup silahlı şəxs mübahisə etdikdən sonra əyalət paytaxtının məşhur gecə klubunda bir-birinə atəş açıb.
Montqomeri polis rəisi Ceyms Qreybouz yaralılardan üçünün vəziyyətinin ağır olduğunu bildirib.