Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyi yerli seçkilərdən sonra oktyabrın 4-də prezident iqamətgahına daxil olmağa cəhd edən şəxslərin axtarışı üçün təcili tədbirlər görmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatında bildirilib.
"İctimaiyyətin bildiyi kimi, dünən hökuməti devirmək məqsədi ilə mitinq keçirilib. Daha sonra mitinq hüquqazidd xarakter alıb, bundan sonra Daxili İşlər Nazirliyi proporsional tədbirlər görüb. Gürcüstan Daxili İşlər Nazirliyi qanunu pozanların müəyyən edilməsi üçün bu gün və yaxın günlərdə bütün lazımi tədbirləri görəcək", - deyə nazirlik bildirib.
Daxili İşlər Nazirliyi hesab edir ki, yaxın vaxtlarda baş verə biləcək hər hansı kütləvi toplantılar əvvəlki sabitliyin pozulması cəhdinin davamı olacaq və buna görə də ictimai asayiş və təhlükəsizliyə təhdidlərin qarşısının alınması üçün tədbirlər görüləcək.