...

Almaniyada Bavariya Xristian Sosial Birliyinin Münhendəki qərargahı yandırılıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 04:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naməlum şəxslər Almaniyanın hakim koalisiyasına daxil olan Bavariya Xristian Sosial Birliyinin Münhendəki qərargahını yandırıblar.

Trend xəbər verir ki, bu barədə Münhen polisinin mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanları bildiriblər ki, yerli sakinlər yanğınsöndürənlərin köməyi ilə alovun qarşısını alıblar.

Hadisə ilə bağlı hələlik heç bir şübhəli saxlanılmayıb və araşdırma aparılır. Yanğın zamanı xəsarət alan olmayıb, lakin binaya maddi ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti