Bakı. Trend:
Oreqon ştatının məhkəməsi ABŞ prezidenti Donald Trampın iğtişaşlarla mübarizə məqsədilə Portlend şəhərinə Milli Qvardiya qüvvələrinin göndərilməsinə müvəqqəti qadağa qoyub.
Trend xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, federal hakim Tramp administrasiyasının Portlenddəki İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin binası qarşısında keçirilən gecə etirazlarına cavab olaraq Oreqon Milli Qvardiyasını yerləşdirməsinə mane olub.
Qadağa oktyabrın 18-dək qüvvədə qalacaq. Məhkəmənin qərarında qeyd edilib ki, prezident Tramp federal hərbi qüvvələri tək ştat ərazisində əməliyyat keçirmək üçün yerləşdirməklə konstitusiya səlahiyyətlərini aşıb.