...

III MDB Oyunları: Azərbaycan yığmaları yarımfinala yüksəlib

İdman Materials 5 Oktyabr 2025 21:20 (UTC +04:00)
III MDB Oyunları: Azərbaycan yığmaları yarımfinala yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Gəncədə III MDB Oyunları çərçivəsində 3x3 basketbol yarışlarına start verilib.

Trend xəbər verir ki, oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları (U-17) yarımfinala vəsiqə qazanıblar.

“A” qrupunda çıxış edən oğlan komandamız (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) Tacikistanı 21:13, Qırğızıstanı 18:6 hesabı ilə məğlub edib, lakin Rusiyaya 8:21 uduzub. Qrupu ikinci yerdə tamamlayan yığmamız yarımfinala yüksəlib. Yarımfinalda Azərbaycan komandası “B” qrupunun lideri Belarusla qarşılaşacaq. Digər yarımfinalda isə Rusiya Özbəkistanla üz-üzə gələcək.

Qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) turnirə Özbəkistana 13:16 hesabı ilə məğlubiyyətlə başlasa da, ardıcıl qələbələr qazanaraq yarımfinala adını yazdırıb. Millimiz Qazaxıstanı 20:5, Rusiyanı 19:18, Belarusu isə 18:17 hesabı ilə məğlub edib.

Qızlardan ibarət turnirdə 5 komanda mübarizə aparıb. Turnir dairəvi sistemlə keçirilmiş və ilk dörd yeri tutan komandalar yarımfinala yüksəlib. Azərbaycan yığması yarımfinala birinci yerlə adlayıb. Yarımfinalda rəqibimiz Özbəkistan komandası olacaq. Digər yarımfinalda isə Rusiya Belarusla qarşılaşacaq.

Qeyd edək ki, yarımfinallar, üçüncü yer uğrunda oyunlar və final görüşləri sabah saat 16:00-dan etibarən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti