...

İngiltərənin cənubunda naməlum şəxslər məscidi yandırıblar

Dünya xəbərləri Materials 5 Oktyabr 2025 17:05 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin cənubundakı Pisheyven (Şərqi Sasseks qraflığı) şəhərində naməlum şəxslər məscidi yandırıb, araşdırma aparılır.

Trend-in məlumatına görə, bu barədə Sasseks polisi məlumat verib.

"Təcili yardım xidmətlərinə saat 21:50 radələrində Fillis-avenyuda yerşləşən binada yanğınla bağlı çağırış daxil olub. Yanğın nəticəsində binanın əsas giriş hissəsinə və çöldə dayanmış avtomobilə ziyan deyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə nifrət zəminində törədilən cinayət kimi qiymətləndirilir", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti