...

Çində çikunqunya virusuna 3 mindən çox yeni yoluxma qeydə alıblar

Dünya xəbərləri Materials 5 Oktyabr 2025 22:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinli həkimlər ölkənin cənubundakı Quanqdonq əyalətində çikunqunya virusuna 3181 yeni yoluxma halı qeydə alıblar.

Trend məlumatına görə, bu barədə Regional Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (RCDC) məlumat yayıb.

Sentyabrın 21-dən 27-dək Quanqdonda 3153, sentyabrın 14-dən 20-dək isə 2426 yeni yoluxma halı aşkarlanıb. Viruslar sentyabrın 28-dən oktyabrın 4-dək müəyyən edilib.

Xəstəlik yalnız ağcaqanad dişləməsi yolu ilə ötürülür. Bölgədə tez-tez baş verən tayfunlar qızdırmanın yayılmasına qarşı mübarizəni çətinləşdirir. Güclü yağışlar və daimi rütubət ağcaqanadların çoxalması üçün əlverişli şərait yaradır.

Hazırda çikunqunya virusuna qarşı nə spesifik müalicə, nə də peyvənd mövcuddur. İnkubasiya dövrü adətən 3–12 gün arasında dəyişir. Yoluxmuş şəxslərdə qızdırma, titrətmə, bel və oynaqlarda ağrılar, həmçinin səpgilər müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti