...

Haaqada Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2025 14:39 (UTC +04:00)
Haaqada Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il oktyabrın 4-də Niderland Krallığının Haaqa şəhərinin mərkəzi “Grote Marktstraat” küçəsində Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub. Sərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyi tərəfindən icra olunan “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsi çərçivəsində keçirilib. Layihənin Niderlanddakı yerli tərəfdaşı “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyidir.

Trend xəbər verir ki, “Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, Haaqa dünyada Beynəlxalq Ədalət Məhkəməsinin, Beynəlxalq Cinayət Məhkəməsinin və bir sıra beynəlxalq tribunalların mənzil qərargahı, “beynəlxalq hüquq paytaxtı” kimi tanınır: “Ona görə də Almaniya, Fransa, Belçikadan sonra sərgimizi məhz bu rəmzi şəhərdə yekunlaşdırırıq. 9 gün ərzində 5 Avropa şəhərində keçirdiyimiz izdihamlı fotosərgilər Ermənistanın mina müharibəsinin dinc, günahsız insanların həyatında səbəb olduğu faciələri, izləri nümayiş etdirdi. Hələ də Azərbaycan tərəfinə dəqiq mina xəritələri təhvil verilməyib. Biz minasız, sülh içərisində olan Cənubi Qafqaz arzulayırıq, mina qurbanlarına ədalət tələb edirik. Bu sərginin oktyabrın 4-də - Ermənistan tərəfindən dinc əhalinin Gəncədə raket hücumlarına məruz qaldığı günün ildönümündə keçirilməsi də təsadüfi deyil. Gəncəyə hücum növbəti Xocalı soyqırımı cəhdi idi. Biz bu sərgini Haaqakı Xocalı abidəsi olan ərazidə əmin-amanlıq, sülh rəmzi olan zeytun ağacı əkməklə bitirdik. Bu zeytun ağacı Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minaların partlaması nəticəsində həyatını itirən və xəsarət alanların əziz xatirəsinə dərin ehtiramı ifadə edir”.

Fotəsərgi mina qurbanlarının ağrılı hekayələrini, itkilərini və həyat iradəsini əks etdirib. Haaqa sakinləri mina qurbanı Elçin Quliyevin fotosu üzərində bu sözləri oxuyub: “Mina üçün millət və peşə fərqi yoxdur. O, yalnız addımlarımızı sayır. Mənim peşəm minatəmizləyən idi, həyatları xilas etmək arzusu ilə axtarış aparanda sağ ayağımı mina partlamasından itirdim”. Mina qurbanı Elvin Qafarov isə Haaqa sakinlərinə fotosu vasitəsilə bu sözlərlə xitab edib: “Kənd sakini idim, nə əsgər, nə zabit. Gündəlik işimlə məşğul olarkən minaya düşdüm, sol ayağımı itirdim. Həyatım çox sadə olsa da, mina faciəsinin mənə yaşatdığı ağrılar onu mürəkkəb, dözülməz etdi”.

Münhen, Nürnberq, Paris, Brüsseldən sonra bu dəfə Haaqa Azərbaycanın mina qurbanlarının səsini dinləyib. Bununla da, Gilavar” Foto Klubu “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsinə yekun vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti