...

Azərbaycan boksçuları üçüncü qızıl medalı qazanıblar

İdman Materials 5 Oktyabr 2025 16:08 (UTC +04:00)
Azərbaycan boksçuları üçüncü qızıl medalı qazanıblar

Bakı. Trend:

III MDB Oyunlarında oğlan boksçular arasında final qarşılaşmaları keçirilir.

Trend-in məlumatına görə, Azərbaycan millisinin boksçusu Əli Abaslı (52 kiloqram) Qazaxıstan təmsilçisi Ediqe Nurqoja üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl, boksçularımız Qardaş Rəhimov (46 kiloqram) və Əli Əliyev (48 kiloqram) final görüşlərində qalib gələrək Azərbaycan millisinin heyətinə qızıl medal yazdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti