...

“Bavariya” Mayk Menyan ilə maraqlanır

İdman Materials 5 Oktyabr 2025 23:24 (UTC +04:00)
“Bavariya” Mayk Menyan ilə maraqlanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın “Bavariya” klubu “Milan”ın qapıçısı Mayk Menyanı Manuel Noyerin mümkün əvəzləyicisi kimi transfer siyahısına daxil edib.

Trend xəbər verir ki, 30 yaşlı fransız qapıçının “rossonyerlər”lə müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.

Bununla belə, tərəflər yeni müqavilə barədə razılığa gələ bilməyiblər — klub Menyanın maaş tələblərini qarşılamağa hazır deyil.

Mayk Menyan bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 6 oyun keçirib, 3 qol buraxıb və 4 görüşdə qapısını toxunulmaz saxlayıb.

Xəbər lenti

Xəbər lenti