Bakı. Trend:
İsraillə Fələstinin "HƏMAS" hərəkatı arasında aparılan danışıqlar hələlik müharibənin bitməsi demək deyil.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
"HƏMAS və İsrail arasında davam edən danışıqlar hələlik müharibənin bitməsi demək deyil və Qəzza zolağına rəhbərlik edəcək qrupun yaradılması müəyyən vaxt aparacaq", - deyə o bildirib.
"İsrail də daxil olmaqla hamı razılaşdı ki, nəticədə bu prosesin müəyyən bir nöqtəsində Qəzza zolağı Sülh Şurası kimi beynəlxalq konsorsiumun köməyi, dəstəyi və rəhbərliyi ilə HƏMAS-a bağlı olmayan, terrorçu olmayan Fələstin texnokratik qrupu tərəfindən idarə olunacaq", - deyə dövlət katibi qeyd edib.
O, həmçinin vurğulayıb: “Üç gündə Qəzzada HƏMAS-a bağlı olmayan idarəçilik strukturu yaratmaq mümkün deyil”.