...

Azərbaycan cüdoçuları III MDB Oyunlarının qarışıq komanda yarışında qızıl medal qazanıblar

İdman Materials 5 Oktyabr 2025 19:29 (UTC +04:00)
Azərbaycan cüdoçuları III MDB Oyunlarının qarışıq komanda yarışında qızıl medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışlarına yekun vurulub.

Trend-in məlumatına görə, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan döyüşlərdə yığmamız final qarşılaşmada Özbəkistan seçməsinə 7:4 hesabı ilə qalib gələrək fəxri kürsünün zirvəsinə qalxıblar.

Qeyd edək ki, cüdoçularımız yarımfinalda Tacikistan yığmasını 7:3 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti