Zəngilan. Trend:
Zəngilanda şirkətə məxsus yük maşını yanıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, Zəngilanda fəaliyyət göstərən şirkətlərdən birinə məxsus "Mercedes" markalı 77 JB 160 dövlət nömrəli yük avtomobil hərəkətdə olarkən anidən alışıb. Yanğın yük avtomobilinin kabin hissəsini yarasız hala salıb. Yanğın yaxınlıqdakı su maşını işlədən sürücülər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma başlanıb