...

Gürcüstan DTX Tbilisi yaxınlığında silah və döyüş sursatı aşkarlayıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2025 20:29 (UTC +04:00)
Gürcüstan DTX Tbilisi yaxınlığında silah və döyüş sursatı aşkarlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyat-istintaq tədbirləri nəticəsində böyük miqdarda odlu silah, döyüş sursatı və partlayıcı maddələr aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan DTX-nin məlumatında bildirilib.

Məlumata əsasən, Gürcüstan vətəndaşı B.Ç. Ukraynada fəaliyyət göstərən hərbi bölmələrdən birinin nümayəndəsinin göstərişi ilə silah və sursat əldə edib. Onun rəhbərlik etdiyi dəstə oktyabrın 4-də Tbilisidə Prezident Sarayını zorakı yolla ələ keçirməyi və təxribat törətməyi planlaşdırıb.

DTX-nin qabaqlayıcı tədbirləri nəticəsində dəstənin bir neçə üzvü zərərsizləşdirilib, gizlədilmiş silah və partlayıcı maddələr Tbilisi yaxınlığındakı meşədə tapılıb.

Detonatoru işə sala bilən pult hazırlayan şəxs müəyyən edilərək istintaqa cəlb olunub. B.Ç. barəsində axtarış elan edilib və cinayət işi başlanıb.

Hadisə ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti