...

Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək

Siyasət Materials 5 Oktyabr 2025 17:58 (UTC +04:00)
Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək
Kamol Ismailov
Kamol Ismailov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Ş.Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində iştirak edəcək.

Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir.

"Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - deyə qeyd olunub.

Xatırladaq ki, TDT Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən türk ölkələrinin beynəlxalq əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti