Bakı. Trend:
Britaniya polisinə etiraz aksiyalarını məhdudlaşdırmaq üçün yeni səlahiyyətlər veriləcək.
Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud “Sky News”a açıqlama verib.
Nazirin sözlərinə görə, “İctimai asayiş haqqında” qanuna təklif edilən dəyişikliklər mitinqlərin keçirilə biləcəyi vaxt və yerə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur:
“Qanunvericilikdə boşluq var və mövcud məhdudlaşdırıcı təcrübələr uyğunsuzluq təşkil edir. Buna görə də, mən bu vəziyyəti düzəltmək üçün təcili tədbirlər görəcəyəm, həmçinin polis səlahiyyətlərinin üzləşdiyi problemlərin miqyasına uyğun olmasını təmin etmək məqsədilə etirazlarla bağlı qanunvericiliyi yenidən nəzərdən keçirəcəyəm”, – deyə Mahmud bildirib.