...

Almaniyada “Detlef” qasırğası ciddi fəsadlar törədib

Turizm Materials 6 Oktyabr 2025 00:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Həftəsonu Almaniyanın bir sıra əyalətlərini əhatə edən “Detlef” qasırğası ciddi fəsadlar yaradıb.

Trend xəbər verir ki, Baden-Vürttemberq əyalətində ağacın mikroavtobusun üzərinə aşması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Raynland-Pfalts əyalətində isə güclü külək bir nəfərin xəsarət almasına səbəb olub. Şimali Reyn-Vestfaliya əyalətində də ağacların aşması sakinlər üçün çətinliklər yaradıb.

Qasırğa Şimal dənizi sahillərində suyun səviyyəsinin kəskin yüksəlməsinə səbəb olub və daşqın təhlükəsi barədə xəbərdarlıq edilib. Hamburgda Elba çayının sahilində bəzi ərazilər su altında qalıb, güclü külək suyu şəhərin mərkəzinə doğru yönəldib. Şlezviq-Holştayn əyalətində isə gəmilərin hərəkətində ciddi çətinliklər yaranıb, bəzi reyslər tamamilə ləğv olunub. Şimal dənizi adalarında bir sıra çimərliklərdə qum və torpaq kütlələrinin yuyulması nəticəsində bir neçə metrlik uçqunlar meydana çıxıb.

Qasırğanın bazar ertəsi zəifləyəcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti