...

Stokholmda “Nobel həftəsi” start götürür

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 06:14 (UTC +04:00)
Stokholmda “Nobel həftəsi” start götürür
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda növbəti “Nobel həftəsi” fiziologiya və tibb üzrə Nobel mükafatı laureatının elan edilməsi ilə başlayacaq.

Trend xəbər verir ki, digər nominasiyalar üzrə qaliblərin adları yaxın günlərdə açıqlanacaq.

Nobel Komitəsinin fizika üzrə qərarı oktyabrın 7-də, kimya üzrə oktyabrın 8-də, ədəbiyyat üzrə isə oktyabrın 9-da açıqlanacaq. Sülh mükafatı laureatının adı oktyabrın 10-da Norveçin paytaxtı Osloda bəlli olacaq.

İqtisadiyyat elmləri üzrə Alfred Nobel Xatirə Mükafatının qalibi isə oktyabrın 19-da elan ediləcək. Bu mükafat 1968-ci ildə İsveç Milli Bankı tərəfindən təsis edilib.

Xəbər lenti

Xəbər lenti