...

İngiltərədə 22 yaşlı futbolçu Raman Sidhu vəfat edib

İdman Materials 6 Oktyabr 2025 04:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin yarımpeşəkar “Heşteq Yunayted” klubunun futbolçusu Raman Sidhu 22 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gənc futbolçunun ölümünə ürək dayanması səbəb olub.

“İki saatdan çox fasiləsiz çalışan xilasedicilərin bütün səylərinə baxmayaraq, Raman 22 yaşında dünyasını dəyişib. Onun ailəsinə və komanda yoldaşlarına dərin hüznlə başsağlığı veririk”, – klubun açıqlamasında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti